Ötən ilin müvafiq dövrü ilə müqayisədə Amrahbank böyüyüb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Amrahbank böyüyüb

Avqust 1, 2019

2019-cu ilin II rübünün sonuna “Amrahbank”-ın gəlirləri artmışdır. Beləki, 2018-ci ilin I yarım ili ilə müqayisədə, bankın faiz gəlirləri 2 milyon 108 min AZN artıb.

Kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 240 min AZN artaraq, 119 milyon 326 min AZN təşkil etmişdir. Nəzərinizə çatdıraq ki, bu rəqəm 2018-ci ilin 30 iyun tarixində 10 milyon 905 min AZN təşkil etmişdir.

Bankın depozit portfelində də atrım var. Beləki, 30 iyun 2018-ci il tarixinə depozit portfeli 148 milyon 429 min AZN, o cümlədən, əhalinin əmanətləri 123 milyon 542 min AZN təşkil edirdi. Cari ilin birinci yarımiliyinin sonuna depozit portfeli 17 milyon 839 min artaraq, 166 milyon 268 min AZN təşkil etmişdir. Əhalinin əmanətləridə 23 milyon  178 min AZN artaraq 146 milyon 720 min  AZN təşkil etmişdir.

Bankın aktivləri də 2018-ci ilin II rübü ilə müqayisədə 5 milyo AZN artmışdır.

PAYLAŞMAQ: