Məhkəmə “Əli və Nino” kitab evi ilə bağlı qərarını açıqlayıb

Məhkəmə “Əli və Nino” kitab evi ilə bağlı qərarını açıqlayıb

Avqust 1, 2019

Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə “Əli və Nino yayım” MMC-nin cərimələnməsi barədə qərardan verilmiş şikayətə baxılıb və  qərar elan olunub.
Qərara əsasən, “Əli və Nino yayım” MMC-nin şikayəti təmin edilməyib. Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi “Əli və Nino yayım” MMC-nin 1500 manat məbləğində cərimələnməsinə qərar verib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

“Əli və Nino yayım“ MMC kitab satışı məşğuldur.

PAYLAŞMAQ: