Pompeo: “Pxenyanla dialoqu davam etdirməyə hazırıq”

Pompeo: “Pxenyanla dialoqu davam etdirməyə hazırıq”

01.08.2019

20:26

“Vaşinqton Pxenyanla dialoqu davam etdirməyə hazırdır”.

APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo ASEAN ölkələri Xarici İşlər nazirlərinin sammiti çərçivəsində Tailandın Xarici İşlər naziri Don Pramatvinayla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

ABŞ dövlət katibi qeyd edib ki, bu məsələdə Koreya Xalq Demokratik Respublikasından (KXDR) müvafiq addımlar gözləyirlər: “Biz KXDR ilə danışıqları davam etdirməyə hazırıq. Təəssüf edirəm ki ASEAN ölkələrinin nazirlərinin görüşündə bu məsələni müzakirə etmək imkanım olmadı. Biz ümid edirik ki, Kim Çen In danışıqlar üçün öz komandasını təyin edəcək və keçən yay Sinqapurda Donald Trampla əldə edilmiş dialoq davam etdiriləcək. Danışıqların bərpa olunacağını gözləyirik”.

PAYLAŞMAQ: