Terror aktı nəticəsində yaralanan Somali paytaxtının meri vəfat edib

Terror aktı nəticəsində yaralanan Somali paytaxtının meri vəfat edib

Avqust 1, 2019

Terror aktı nəticəsində yaralanmış Somali paytaxtı Moqadişunun meri Əbdurahman Ömər Osman vəfat edib. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somali prezident adminstrasiyasının mətbuat katibi Abdinur Məhəmməd Əhməd bildirib.

Mətbuat katibi deyib ki, iyulun 24-də yerli adminstrasiya binasında törədilən partlayış nəticəsində yaralanmış şəhər meri müalicə aldığı Qətərin paytaxtı Dohada vəfat edib.

Qeyd edək ki, məlum terrror aktı BMT-nin Somali üzrə xüsusi nümayəndəsi Ceyms Svan şəhər meri ilə görüşdükdən qısa müddət sonra baş verib. hadisəni öz üzərinə götürən Əl-Şabab radikal qruplaşması bəyan edib ki, terror aktının hədəfi BMT-nin xüsusi nümayəndəsi olub

PAYLAŞMAQ: