ELÇİN QULİYEVİN XİDMƏTLƏRİ DANILMAZDIR

ELÇİN QULİYEVİN XİDMƏTLƏRİ DANILMAZDIR

01.08.2019

23:04

                Son illər ölkəmizin iqtisadi-siyasi həyatında əldə edilmiş uğurlar bəzi daxili və xarici düşmənlərimizi bərk narahat edir. Regionda və MDB məkanında böyük uğurlar əldə edən Azərbaycan öz dövlətçilik ənənələrini Ulu Öndərin 1993-cü il yenidən hakimiyyətə qayıdışından sonra həllini tapmağa başladı. Ölkədə yaranan siyasi sabitlik gələcək inkişafın təməlini qoydu. Müstəqil ölkəmizin memarı Heydər Əliyev başlanan uğurların, davam edən inkişafı ən etibarlı insana cənab İlham Heydər oğlu Əliyevə tapşırdı. Xalq bu yolda öz seçimini etməkdə yanılmadı. Bu illər ərzində qazanılan uğurlar, ölkəmizin beynəlxalq aləmdə nüfüzu bir daha ölkədə azad, sahibkarlığın, şəffaf iqtisadi bazanın yaradılmasından xəbər verirdi. Hər bir sahədə olduğu kimi biz sahibkarların fəaliyyatinə və inkişafınada öz müsbət təsirini göstərirdi. “Zövq” MTB ASC-nin 200 nəfərlik kolektivinin hər biri məhz ölkənin stabil siyasi-iqtisadi inkişafının bəhrəsini ailəsində hiss edir. Kollektiv yüngül sənaye malları istehsalıyla məşğuldur. Uzun illərdir ki, müxtəlif növ uniformalar tikərək müvafiq təşkilatlara satır. Demək olar ki, 20 ildən artıq bir müddətdə fabrik daima Dövlət Sərhəd Xidmətiylə sıx əlaqədədir.Bu baxımdan xidmətin fəaliyyətindən kifayət qədər məlumatlıyıq Son vaxtlar bəzi informasiya agentliklərində Dövlət Sərhəd Xidmətinin, eləcə də Ulu Öndərin ən etibarlı kadrlarından biri kimi, Xidmətin rəisi generalpolkovnik Elçin Quliyevin ünvanına işlədilən ədalətsiz, əsassız fikirlər kollektivimizi bərk narahatçılığına səbəb olmuşdur. Bildiririk ki, kollektivimiz Dövlət Sərhəd Xidmətiylə işlədiyi müddətdə heç bir ədalətsiz və qeyri-şəffaf hərəkətlərlə rastlaşmamışdır. Hamımıza yaxşı bəllidir ki, Elçin Quliyev Dövlət Sərhəd Xidmətinə çox gənc yaşlarında təyin olunmuşdur. Həmin dövrdə yadımızdadır ki, Dövlət Sərhəd Xidmətinin əsgər zastavaları, yataqxanaları nə vəziyyətdə idi, bu sahədə ciddi islahatlara ehtiyac vardı . Xidmətə məhz Elçin Quliyev kimi məsuliyyətli, işə ürəklə, cəsarətlə yanaşan kadr lazım idi. Çünki ölkənin əsas atributlarından biri də məhz dövlət sərhəddidir. Elçin Quliyev bu sahədə ölkə rəhbərliyinin tapşırığına əsasən islahatlara tam nail oldu, qonşu dövlətlərlə sərhəd keçid məntəqələrində böyük yeniliklər və uğurlar əldə etdi. Azərbaycan sərhədçisinin gücünü və şərəfini dunya standartlarına uyğunlaşdırdı. Elçin Quliyev sərhədçilərin həyat şəraitini inkişaf etmiş AzərbaycanDövlətinin tələbləri səviyyəsinə qaldırdı. DSX-nin inzibati binasının, sərhəd keçid məntəqələrinin, əsgər yataqxanalarının, sərhəd xidmətində döyüş qabiliyyətinin, texniki avadanlıqlarının ən müasir səviyyədə qurulması cənab general-polkovnik Elçin Quliyevin xidmətinin, vətənə sədaqətinin bəhrəsidir. Ordu quruculuğundan, hərbdən, vətənpərvərlikdən  anlayışı olmayanların ədalətsiz, qərəzli çıxışları ölkədə nüfuz qazanan etibarlı dövlət məmurlarına qarşı qarayaxmadlr. Biz sıravi vətəndaşlar, sahibkarlıqla məşgul olan insanlar yaxşı bilirik ki, belə məntiqsiz çıxışlar Hafizlərin və onun kimi zəif düşüncəlilərin məhsuludur. Onlar Azərbaycan dövlətçiliyinə sadiq olan rəhbər vəzifəli şəxsləri heç vaxt nə ölkə başçısının, nə də xalqın yanında etibardan sala bilməz. Elçin Quliyev dövlətə və xalqa göstərdiyi xidmətləriylə ölkə rəhbəriliyi qarşısında etibarını, rəğbətini artıq qazanmışdır. Bu nailiyyətlər tarixə yazılmışdır. DSX-nin rəisi, generalpolkovnik Elçin Quliyev bu tarixin şərəfli, cəsarətli və ədalətliməmurlarındandır . İnanırıq ki, belə düşüncəsiz, əsassız və qeyri-səmimi yazılar onun fəaliyyətinə mane ola bilməz.

“Zövq” MTB ASC-nin kollektivi
adından idarə heyətinin sədri
Rza Əhmədov

 

PAYLAŞMAQ: