“Arsenal”a qol vurmaq üçün şans vermədik” – Emin Mahmudov

“Arsenal”a qol vurmaq üçün şans vermədik” – Emin Mahmudov

02.08.2019

11:27

“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubuna 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. qol.az-a istinadən xəbər verir ki,  o, əvvəlcə oyunu şərh edib:

– Müdafiədə çox yaxşı oynayırdıq. Məqsədimiz onların oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik. Məşqdə sıx pressinq üzərində işləmişdik. Rəqib pis komanda deyil, məcbur qalıb müdafiədən oynadıq. Əks-hücumlarda yaxşı çıxış etdik.

– “Neftçi”nin ilk dəqiqələrdən oyunu alınmırdı. Qol buraxsaydınız, bəlkə də başqa cür ola bilərdi…

– Bir az tez qol vursaydılar, bəlkə də, başqa cür olardı. Futboldur, belə şeylər olur. “Arsenal”a qol vurmaq üçün şans vermədik.

– Qriqalava “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşayırdı. Epizodların birində sizə yaxınlaşıb, xoş söhbət etdi. Nə danışırdınız?

– Onunla bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudur. Oyunda belə şeylər baş verir.

– “Arsenal” səddini keçməyiniz komanda üçün stimul oldu. “Bney Yehuda” ilə III mərhələdəki oyunlara qələbə üçün çıxaqcaqsınız?

– Əlbəttə, biz “Bney Yehuda” ilə oyunlara da qələbə üçün çıxacağıq. Biz hər oyuna bu istəklə çıxırıq.

– “Bney Yehuda”nı keçəcəyinizə inanırsınız?

– Əlbəttə, inanmasaq, niyə çıxaq ki?

– Azərbaycan klubları İsrail komandaları ilə oyunlarda uğursuzluğa düçar olur.

– Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnanıram ki, yaxşı olar. İlki bacararıq

PAYLAŞMAQ: