Son 10 il ərzində Əbu-Dabidə yeni doğulan uşaqların sayı 34 faiz artıb

Son 10 il ərzində Əbu-Dabidə yeni doğulan uşaqların sayı 34 faiz artıb

02.08.2019

13:38

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə son on ildə yeni doğulan uşaqların sayı 34 faiz artıb.

AZƏRTAC Əbu-Dabinin Statistika mərkəzinin məlumatına istinadla xəbər verir ki, 2018-ci ildə əmirlikdə 38 285 uşaq dünyaya gəlib. 2008-ci ildə isə doğulmuş uşaqların sayı 28 456 olub.

Məlumatda qeyd olunur ki, 1977-ci ildən 2018-ci ilə qədərki dövr ərzində doğulmuş uşaqların sayında təxminən üçqat artım qeydə alınıb.

PAYLAŞMAQ: