Suriyada tutulub saxlanmış ABŞ vətəndaşı İŞİD-ə qoşulmaqda ittiham edilir

Suriyada tutulub saxlanmış ABŞ vətəndaşı İŞİD-ə qoşulmaqda ittiham edilir

Avqust 2, 2019

Dallasın federal prokurorluğu (Texas ştatı) Suriyada tutulub saxlanmış ABŞ vətəndaşı Ömər Kuzunu terrorçu İŞİD qruplaşmasına qoşulmaqda ittiham edib. AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, 23 yaşlı ABŞ vətəndaşı Ömər Kuzu 2014-cü ilin oktyabrında qardaşı ilə birlikdə İstanbula gəlib və oradan hər ikisi Suriyaya göndərilib.

Kuzu FTB agentlərinə verdiyi ifadələrində bildirib ki, Mosulda da (İraq) olub, orada hərbi hazırlıq keçib və İŞİD nümayəndələrindən təlimat alıb. Ömər Kuzu Suriyaya qayıdandan sonra orada ona Kalaşnikov avtomatı verilib. Daha sonra o, rabitə avadanlığının təmiri qrupuna cəlb edilib.

2019-cu ilin əvvəlində Ömər Kuzu “Suriya Demokratik Qüvvələri” əsgərləri tərəfindən əsir götürülüb və FTB agentlərinə təhvil verilib.

PAYLAŞMAQ: