Şabranda dənizdə 5 nəfər batmaq təhlükəsi ilə üzləşib

Şabranda dənizdə 5 nəfər batmaq təhlükəsi ilə üzləşib

Avqust 2, 2019

Xəzər dənizinin Şabran rayonu Xəlilli kəndi ərazisində çimərkən boğulmaq təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xilas edilən 2 azyaşlının vəziyyətləri ağır olduğundan Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Uzunboyad kənd sakinləri 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlu reanimasiya şöbəsində müalicə olunur. Tibbi yardım göstərilən azyaşlıların vəziyyəti normaldır.

PAYLAŞMAQ: