“Cəbrayılov babamın sağ əli idi, hətta…”

“Cəbrayılov babamın sağ əli idi, hətta…”

03.08.2019

9:22

Hər bir dövlətin tarixini yazan qəhrəmanları var. Parisə səfər edənlərin ilk ayaq basdığı məkan Şarl de Qoll adına hava limanı olur. Dünya tarixinin tanınmış siması, Fransanın beşinci prezidenti General de Qollu qardaşının nəvəsi ilə birgə yad edəcəyik.

Loran de Qollun publika.az-a müsagibəsini təqdim edir.

– Cənab de Qoll, babanızı görmüşdünüz?

– Mən Şarl de Qollun qardaşının nəvəsiyəm. Amma biz hamımız özümüzü onun övladı hesab edirik. O, sanki çox böyük ağac idi, kölgəsində hər birimiz üçün yer vardı. Babamı bir neçə dəfə görmüşdüm, amma mənim yaşım az idi deyə aydın xatırlamıram. Həm də Yelisey sarayında babamızla birgə ailə yeməyinə getmək şərəfinə 7 yaşdan sonra nail ola bilərdik. Atamın işi ilə əlaqədər çox vaxt səfərlərdə olurduq. Şarl de Qoll isə prezident idi. Odur ki, görüşmək çox nadir hallarda mümkün olurdu. Ölümündən bir müddət əvvəl xəbər aldıq ki, artıq yataqdadır və bizi görmək istəyir. Yola düşdük. Təəssüf ki, biz çatanda artıq dünyadan köçmüşdü.

– Çoxları üçün əfsanəvi şəxsiyyət general de Qoll xatirinizdə necə qalıb?

– Dediyim kimi, o, dünyasını dəyişəndə yaşım az idi. Amma mən onunla mətbuat toplantılarının, televiziya və radiodakı çıxışlarının lent yazılarını izləyərək daha yaxından tanış oldum. Onun dövründəki ölkəmizlə çağdaş Fransa arasında fərq var. İnsanlara qarşı olduqca rəhimli idi. Ölkə adına müdrik qərarlar verməyə çalışırdı. Virtual görüşlərimizdə buna bir daha əmin oldum.

– Böyük siyasətçi olmaqla yanaşı zahirən yaraşıqlı və xarizmatik kişi olub. Zənnimcə, ona bənzəyirsiniz.

– Bənzətməniz üçün çox sağ olun. Əslində bu etirafı çox eşidirəm, amma mən belə hesab etmirəm. Lakin genetik bənzərlik, ata babalarımızdan bizə keçən bir çox mimika və jestləri danmaq mümkün deyil.

– Şarl de Qollun həyat yoldaşı İvonna de Qoll haqda çox gözəl faktlar oxumuşam. General arvadı nənənizi illər sonra necə xarakterizə edə bilərsiniz?

– Onunla tez-tez görüşərdik. Həmin görüşləri çox yaxşı xatırlayıram. İvonna de Qoll çox incə və yumşaq xarakterli qadın idi. Mehriban baxışı və gözəl gülüşü vardı. Çox böyük ailə idik, o hamımızı yaxşı tanıyır, xarakterimizə bələd idi. İnsanların qəlbini qırmaqdan çox qorxardı. Yəqin onların məhəbbəti bu səbəbdən daha möhkəm və güclü idi. Şarl və İvonna de Qollun 3 övladı vardı. Böyük oğulları Filip, ortancıl qızları Elizabet və kiçik qızları Anna… Anna Daun sindromu ilə doğulmuşdu. Onlar bütün qüvvəllərini kiçik qızları üçün səfərbər etmişdilər. Böyük respublikanın prezidenti, general de Qoll balaca Annanı görəndə dünyanı unudur, onunla birgə dönüb uşaq olurdu. Şarl de Qoll digər iki övladına verə bilmədiyi bütün məhəbbəti, qayğını Annaya verirdi. Onun üçün mahnılar, marşlar oxuyardı. 1945-ci ildə Şarl de Qoll ölkənin prezidenti seçilir. Elə həmin il ailə “Anna de Qoll” adına fond yaradır. Bu fond əsas vəzifəsi Daun sindromundan əziyyət çəkən uşaqların müalicəsinə yönəlmişdi.

– Annanın ölümü isə ona ikiqat zərbə olur.

– Şarl de Qoll ən qanlı savaşlar görmüş sərt xarakterli hərbçi idi. Amma Anna onun içindəki məsum körpəni ölməyə qoymurdu. Anna de Qoll 20 yaşında qripə yoluxur. Daha sonra isə bronxitdən dünyasını dəyişir. Bu ölüm babamın qəlbində ömürlük yara açır. O, həmişə inanırdı ki, Anna sindromla doğulmasaydı, dahi şəxsiyyət olardı. Deyərdi ki, ölərək o da hamımıza bənzədi. İllər sonra xatirələrində belə yazmışdı: “Anna olmasaydı, insan hiddətini tapdaya bilməzdim. Bəli, bir ata üçün xəstə övlad çox ağır imtahandır. Amma bu uşaq mənim hədiyyəmdir. Anna mənə uğursuzluqlara tab gətirib mövcud vəziyyətdən daha üstün olmaq gücü verdi”.

– Babanız Şarl de Qoll uzun müddət Fransanın prezidenti olub. Necə düşünürsünüz, prezident hansı özəlliklərə malik olmalıdır?

PAYLAŞMAQ: