“PlayStation” bahalaşacaq

“PlayStation” bahalaşacaq

Avqust 3, 2019

Yapon korporasiyası olan “Sony” Tramp administrasiyasının Çindən idxal olunan mallara ticari rüsumları artırdığı təqdirdə, amerikalı alıcılar üçün populyar oyun konsolu “PlayStation”-a olan pərakəndə satış qiymətlərini artırmaq məcburiyyətində olacağını bəyan edib.

insider.az-a istinadən bildirir ki, şirkətin maliyyə direktoru Xiroki Totokinin sözlərinə görə, korporasiya rüsumların mümkün genişlənmə və artırılmasına necə cavab verəcəyinə hələ ki, qərar verməyib, lakin bunun üçün variantları təhlil etməkdədir. O, bildirib ki, konsolların əksəriyyəti Çində yığıldığı üçün oradan gələn mallara rüsum tətbiqi elə amerikan istehlakçılarına özlərinə zərbə edirəcək.

Nəzərdən keçirilən variantlar arasında istehlakçılara yükün yarsını öz üzərlərinə götürmələri xahişi olan müraciət də var.

Qeyd edək ki, “PlayStation” istehsalı üzrə şöbə “Sony”-nin ən gəlirli şöbəsidir. 2019-cu ilin martında yekunlaşmış son maliyyə ilində korporasiya 17,8 milyon konsol satıb. Ccari ildə satışın 15 milyonacan azalacağı gözlənilir. 2020-ci ildə korporasiya yeni nəsil “PlayStation” buraxmağı planlaşdırır.

PAYLAŞMAQ: