Rusiya millisinin üzvü Türkiyə klubunda

Rusiya millisinin üzvü Türkiyə klubunda

Avqust 3, 2019

“Zenit”lə müqaviləsi başa çatan rusiyalı qapıçı Yuri Lodıqinin yeni klubu müəyyənləşib.

qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı qolkiper  karyerasını Türkiyədə davam etdirəcək. O, yeni mövsümdən Superliqada çıxış edəcək “Qazişehir”ə transfer olub. Klubun saytı qapıçı ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Rusiya millisinin üzvü 2013-cü ildən “Zenit”də çıxış edirdi.

PAYLAŞMAQ: