“Səbail”dən İsveç klubuna

“Səbail”dən İsveç klubuna

03.08.2019

9:27

Ötən mövsümün sonunda “Səbail”dən ayılan Oke Akpoveta karyerasını İsveçdə davam etdirəcək.

qol.az-a istinadən xəbər verir ki, nigeriyalı hücumçu II Liqa təmsilçisi “”Frey”ə transfer olub. Klubun rəsmi saytı 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Akpoveta 2016-cı ildə də “Frey”də çıxış edib və həmin il 13 oyuna 10 qol vuraraq, komandanın liderinə çevrilib.

Qeyd edək ki, Oke daha öncə 2014-cü ildə “Rəvan”da oynayıb. Ötən mövsümün ikinci yarısını “Səbail”də keçirən forvard 9 oyuna 2 qol vurub.

 

PAYLAŞMAQ: