Türkan qəsəbəsində dənizdə boğulan 5 yaşlı uşağın həyatı xilas edilib

Türkan qəsəbəsində dənizdə boğulan 5 yaşlı uşağın həyatı xilas edilib

03.08.2019

17:47

Türkan qəsəbəsində iki nəfərin dənizdə boğulma təhlükəsi ilə üzləşdiyi barədə təcili tibbi yardıma saat 15:26-da məlumat daxil olub.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. Qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.

Ağır vəziyyətdə olan uşaq 26 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılıb. Təcili yardımdan verilən məlumata görə, lazımı yardımdan sonra uşağın 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya keçirilməsi planlaşdırılır.

PAYLAŞMAQ: