Azərbaycan Kameruna qalib gəlib, Braziliya Olimpiadaya lisenziya qazanıb

Azərbaycan Kameruna qalib gəlib, Braziliya Olimpiadaya lisenziya qazanıb

03.08.2019

23:50

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində çıxışını başa vurub.
APA-nın məlumatına görə, D qrupunda mübarizə aparan Azərbaycan millisi son – III turda Kamerun yığması ilə üz-üzə gəlib.

İlk iki turda Dominikan Respublikası və Braziliyaya uduzan voleybolçularımız bu dəfə rəqibinə “quru hesab”la qalib gəliblər Birinci setdə 25:17 hesabı ilə qələbə qazanan Covanni Kaprararın yetirmələri ikinci hissəni 25:14 hesabı ilə aktivlərinə qazıblar. Üçüncü setdə kamerunluları 25:20 hesabı ilə məğlub edən komandamız 3:0 hesablı qələbəsini rəsmiləşdirib. Amma bu qələbə voleybolçularımızı sonuncu olmaqdan qurtarıb.

İlk pilləni isə qrup oyunlarına ev sahibliyi edən Braziliya tutub. Dominikan Respublikasına 3:2 (25:22, 25:19, 23:25, 18:25, 15:10) hesabı ilə qalib gələn “sambaçılar” Tokio-2020-yə lisenziyanı rəsmiləşdiriblər.

N

Ölkə

O

Q

M

T

S

X

1

Braziliya

3

3

0

290-238

9-4

7

2

Dominikan R

3

2

1

251-214

8-3

7

3

Azərbaycan

3

1

2

224-235

5-6

4

4

Kamerun

3

0

3

147-225

0-9

0

 

PAYLAŞMAQ: