Zərif Trampla görüşdən imtina edib?

Zərif Trampla görüşdən imtina edib?

Avqust 4, 2019

Ötən ay Nyu Yorka səfər edən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampla görüş üçün Ağ Evə dəvət edilib.

Bu barədə məlumatı “Nyu York” jurnalı yayıb. Jurnalın ABŞ və İranın diplomatlarına istinadən yaydığı məlumata görə, dəvət Trampa yaxın olan Respublikaçılar Partiyasının üzvü, senator Rand Paul tərəfindən edilib.

Senator və müşaviri Duq Stafford iyulun 15-də Trampın razılığı ilə İranın BMT-dəki daimi nümayəndəliyinin ofisində Zəriflə görüşərək İranın nüvə proqramı, körfəzdəki vəziyyət başda olmaqla, Vaşinqton-Tehran arasındakı problemləri müzakirə edib. Paul Zərifi bu məsələləri Trampa təqdim etmək üçün Ağ Evə dəvət edib. İranlı nazir isə bu görüşün nəticəsiz olacağını, sadəcə, foto çəkdirməklə yadda qalacağını qeyd edib. Həmçinin o, görüşün keçirilməsi barədə qərarı təkbaşına verə bilməyəcəyini və Tehranla məsləhətləşməyə ehtiyac olduğunu vurğulayıb.

Jurnal rəsmi Tehranın belə bir görüşün keçirilməsinə razılıq vermədiyini qeyd edib

PAYLAŞMAQ: