Ərdoğan: “Suriyada Fərat çayının şərqində əməliyyat aparacağıq, ABŞ və Rusiyanı məlumatlandırdıq”

Ərdoğan: “Suriyada Fərat çayının şərqində əməliyyat aparacağıq, ABŞ və Rusiyanı məlumatlandırdıq”

04.08.2019

23:24

Türkiyə Şimali Suriyada PKK terror təşkilatının Suriya qolu sayılan PYD/YPG-yə qarşı hərbi əməliyyata başlayacaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R. T. Ərdoğan Türkiyənin hərbi əməliyyata başlayacağı barədə ABŞ və Rusiyanı məlumatlandırdıqlarını bildirib: “Biz Suriyada Afrini, Gerablusu azad etdik, indi də Fərat çayının şərqində əməliyyat aparacağıq. Biz bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq. Biz ölkəmizə hücumları sadəcə, müşayiət edə bilmərik”.

PAYLAŞMAQ: