Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, beş nəfər təxliyə edilib

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, beş nəfər təxliyə edilib

05.08.2019

11:08

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 poqonmetrdə yanıb. Yanğın zamanı 5 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

PAYLAŞMAQ: