“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı xəsarət alanlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar

05.08.2019

11:12

Avqustun 4-də “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onların altısına hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzə aparılıb.

10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.

Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

PAYLAŞMAQ: