Dünya şöhrətli müğənni Cenifer Lopez Moskvada konsert proqramı ilə çıxış edib

Dünya şöhrətli müğənni Cenifer Lopez Moskvada konsert proqramı ilə çıxış edib

Avqust 5, 2019

Avqustun 4-də dünya şöhrətli müğənni Cenifer Lopez 50 illik yubileyi münasibətilə Moskvanın “VTB Arena” stadionunda konsert proqramı ilə çıxış edib.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bir saatdan artıq çəkən şou-proqram “It’s My Party” başlığı altında qeyd olunub.

“Bu gün sizin hamınızda dəvətnamə var. Onları sizə mən göndərmişəm. Bu gün mənim ad günümdür və biz hamımız bunu qeyd edəcəyik”, -deyə C.Lopez söyləyib.

Müğənni konserti “Medicine”, “Love Don’t Cost A Thing” və “Get Right” mahnıları ilə başlayıb. Şou zamanı C.Lopez 11 yaşlı qızı Emma ilə duet də oxuyub. İspan dilində oxuduğu “Anillo” mahnısında isə qəhrəman öz sevgilisinə onunla nişanlanmağı işarə edir.

PAYLAŞMAQ: