Avropa Liqasında püşkatma başa çatıb

Avropa Liqasında püşkatma başa çatıb

Avqust 5, 2019

UEFA Avropa Liqası turnirində pley-off mərhələsinin püşkü atılıb.

Çempionıar Liqasında yoluna davam edən təmsilçimiz “Qarabağ” üçüncü təsnifat mərhələsində APOEL-lə mübarizədən məğlub ayrılacağı təqdirdə, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək hüququ qazanacaq. Təmsilçimiz bu mərhələdə “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki təmsilçimiz “Neftçi” isə İsrailin “Bney Yehuda” (Tel-Əviv) klububunu mübarizədən kənarlaşdıracağı halda, pley-off-da “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları avqustun 22-də və 28-da keçiriləcək.

PAYLAŞMAQ: