Premyer Liqa klublarına “Nike” topları veriləcək

Premyer Liqa klublarına “Nike” topları veriləcək

06.08.2019

22:07

AFFA ilə Nike şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2019/2020-ci il mövsümü üçün ödənişsiz olaraq 100 ədəd top təqdim olunacaq.

Toplar klublara 2 mərhələdə veriləcək. Mövsümün startı ərəfəsində hər klub üçün nəzərdə tutulmuş 50 ədəd top (cəmi 400 ədəd) klublara çatdırılması üçün artıq Peşəkar Futbol Liqasına təqdim edilib. O cümlədən çempionatın təşkilati işləri ilə əlaqədar PFL-ə 50 ədəd top verilib. Klubların hər biri üçün nəzərdə tutulmuş daha 50 ədəd Nike şirkətinin istehsalı olan top isə Premyer Liqanın dövrələrarası fasiləsi zamanı təqdim olunacaq.
afff.az

PAYLAŞMAQ: