Türkiyə klublarının transfer etmək istədiyi Dani Uelbek “Uatford” ilə müqavilə imzalayıb

Türkiyə klublarının transfer etmək istədiyi Dani Uelbek “Uatford” ilə müqavilə imzalayıb

Avqust 7, 2019

Ingiltərənin “Uatford” klubu Londonun “Arsenal” komandasından ayrılan hücumçu Dani Uelbekin transferini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə klublarının da transfer etmək istədikləri futbolçu “Uatford” ilə üç illik müqavilə imzalayıb.

“Topçular”ın heyətində çıxış etdiyi müddətdə zədə üzündən tez-tez meydana çıxa bilməyən 28 yaşlı futbolçu sonuncu dəfə ötən ilin noyabrında zədələndiyi üçün mövsümü erkən başa vurmuşdu. 2014-cü ildən “Arsenal”da çıxış edən D.Uelbek sonuncu mövsümdə 14 oyunda 5 dəfə fərqlənib.

“Uatford” futbolçunun karyerasında beşinci klubu olub. O, “Arsenal”dan əvvəl “Mançester Yunayted”, “Sanderland” və “Preston” klublarında çıxış edib.

PAYLAŞMAQ: