Almaniya Tiger döyüş helikopterlərinin istismarını dayandırır

Almaniya Tiger döyüş helikopterlərinin istismarını dayandırır

Avqust 7, 2019

Almaniya Federativ Respublikasının Silahlı Qüvvələri təhlükəsizlik tədbiri qismində Eurocopter Tiger döyüş helikopterlərinin istismarından müvəqqəti imtina etmək qərarına gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Bundesverin yaydığı məlumata görə, buna səbəb bərkidici boltların mümkün qüsurudur. “Təhlükəsizlik Bundesver üçün prioritetdir. Bu səbəbdən Tiger döyüş helikopterlərinin istifadəsini dayandırmaq sərəncamı daxil olub”, – mətbuat üçün aşıqlamada belə deyilir.

AFR Silahlı Qüvvələri mümkün nöqsan barədə informasiyanı hərbi-sənaye kompleksinin nümayəndələrindən alıb. Bundan sonrakı addımlar haqqında qərar Bundesverin avqustun 8-nə planlaşdırılan iclasında qəbul olunacaq.

Spiegel jurnalı yazır ki, Almaniya Silahlı Qüvvələrinin sərəncamında 53 ədəd Eurocopter Tiger helikopteri var.

PAYLAŞMAQ: