İmişlidə yol qəzası baş verib, avtomobil yanıb

İmişlidə yol qəzası baş verib, avtomobil yanıb

07.08.2019

22:07

İmişli rayonunda avtomobil qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndi ərazisində qeydə alınıb.

İmişli rayon sakini, 1990-cı il təvəllüdlü Əziz Kərimov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi işıq dirəyinə çırpılıb.

Qəza zamanı elektrik naqili avtomobilin üzərinə düşüb və yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞMAQ: