Türkiyədə davam edən meşə yanğınları yaşayış zonalarına çatıb

Türkiyədə davam edən meşə yanğınları yaşayış zonalarına çatıb

Avqust 7, 2019

Türkiyənin Muğla şəhərinin bir neçə rayonunda meşəlik ərazilərdə baş vermiş güclü yanğın yaşayış zonalarına çatıb.

AZƏRTAC xəbər verir ki, bu ərazilərdə yaşayan əhali evlərini tərk etmək məcburiyyətində qalıb.

Hadisə barədə açıqlama verən Muğla valisi Esengül Civelek küləyin təsirindən yanğının getdikcə genişləndiyini bildirib. O, yanğının söndürülməsinə çoxlu sayda yanğınsöndürən maşınla yanaşı, helikopterlərin də cəlb olunduğunu deyib.

Hazırda yanğının söndürülməsi işləri davam edir. Hadisə baş verən bölgəyə təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğının başvermə səbəbləri və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

PAYLAŞMAQ: