Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti televiziya vasitəsilə xalqa müraciət edib

Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti televiziya vasitəsilə xalqa müraciət edib

08.08.2019

10:28

Qırğızıstanda vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkənin sabiq prezidenti Almazbek Atambayev avqustun 7-dən 8-nə gecə keçən “Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib.

AZƏRTAC xəbər verir ki, Almazbek Atambayev müraciətində deyib: “Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın.

Almazbek Atambayev güc strukturlarına müraciətlə deyib: “Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”.

Sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.

Qulu Kəngərli

PAYLAŞMAQ: