“Min manata görə, məni filmə çəkmirlər” – Rafael Dadaşov

“Min manata görə, məni filmə çəkmirlər” – Rafael Dadaşov

08.08.2019

15:11

Özüm bilə-bilə “Vağzalı” sifariş verdim. Onu döndəriblər heç nəyə. Çox yerdə eşitmişəm, artıq “Vağzalı” ölür. Keçirlər Vendersonun marşına. Bilə-bilə efirdə bu mövzunu saldım ki, unutmayın. Ata-babaların, köç havasıdır. Avropasayağı marş bizə xas deyil.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti Rafael Dadaşov “5/5” verilişində deyib. Aktyor son vaxtlar məclislərdə “Vağzalı”dan istifadə edilməməsindən şikayətlənib. O bildirib ki, ənənələrimiz unudulur:

“Onsuz da avropalaşırıq. Unutmayın bizim adət-ənənələrimizi. Prodakşınlarda, televiziyalarda yaradıcılıq həvəsi yoxdur. O vaxtlar nələr edirdilər: teletamaşalar, seriallar hazırlanırdı. İntibah dövrü idi. İnsanlarda qığılcım, həvəs qalmayıb. İndi pul dalıyca qaçmaq var. Heç kimi də qınamıram, dolanmalıdırlar. Biz də o vaxt qazanırdıq. Amma quruluş başqa idi. Pul düşünmürdük. Fikirləşirdik ki, arxivlərdə qalacağıq”.

Dadaşov rejissorların onu filmlərə, seriallara dəvət etməməsindən gileylənib:

“Bizi çağırmırlar, bahalı aktyor sayırlar. Deyirlər, Rafael Dadaşova min manat verməkdən, başqasına 100 verim, çəkilsin. Uzun illərdir bədii-filmdə rol almamışam”.

PAYLAŞMAQ: