Filip Kopaçevski Bakıda konsert verəcək

Filip Kopaçevski Bakıda konsert verəcək

Avqust 9, 2019

Rusiyanın məşhur pianoçusu, beynəlxalq müsabiqələr laureatı Filip Kopaçevski Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsert proqramı Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək.

İfaçı konsertdə dahi bəstəkarlar Frederik Şopen, İohannes Brams, Edvard Qriq və Qriqori Qinzburqun əsərlərini səsləndirəcək.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

PAYLAŞMAQ: