Çexiyada növbəti dəfə müasir rus kinosu festivalı təşkil ediləcək

Çexiyada növbəti dəfə müasir rus kinosu festivalı təşkil ediləcək

09.08.2019

18:32

“Yeni rus filmi” adlı müasir rus kinosu festivalı bu ilin sentyabr və oktyabr aylarında Çexiyanın beş şəhərində təşkil olunacaq.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Çexiyadakı səfirliyinin mətbuat katibi Nikolay Bryakin bildirib.

“Bu, festivalın artıq ikinci mövsümüdür. İlk dəfə belə tədbir bu ölkədə keçən il keçirilib və böyük maraqla qarşılanıb”, -deyə mətbuat katibi söyləyib.

Festival zamanı tamaşaçılar 20-dən artıq film izləmək fürsəti əldə edəcəklər. Filmlər orijinal səslə, çex dilində subtitorlarla nümayiş olunacaq.

Tədbirin təşəbbüskarı ötən dəfə olduğu kimi yenə də Rusiyanın bu ölkədəki səfirliyidir.

PAYLAŞMAQ: