“Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb

“Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb

Avqust 10, 2019

Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində “Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün iştirakçı komandaların çörəkçiləri şirniyyat məmulatlarının hazırlanmasında məharətlərini nümayiş etdiriblər. Hakimlərin qərarına əsasən Azərbaycan komandası 239 balla birinci, Qazaxıstan komandası 238 balla ikinci, Monqolustan komandası isə 234 balla üçüncü yerdə qərarlaşıblar.

PAYLAŞMAQ: