“Sumqayıt” klubunun üç üzvü 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət alıb

“Sumqayıt” klubunun üç üzvü 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət alıb

Avqust 11, 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

“Sumqayıt” FK-dan AZƏRTAC–a bildirilib ki, dəvət olunan futbolçular sırasında “Sumqayıt” klubunun üç yetirməsi də var. Bunlar Rüfət Abdullazadə, Süleyman Əhmədov və Elvin Cəfərquliyevdir. Təlim-məşq avqustun 11-12-də keçiriləcək.

PAYLAŞMAQ: