Zaqatala rayonunda 4.3 maqnituda gücündə zəlzələ qeydə alınıb

Zaqatala rayonunda 4.3 maqnituda gücündə zəlzələ qeydə alınıb

Avqust 11, 2019

Avqustun 11-də Zaqatala stansiyasindan 16 kilometr cənub-qərbdə – Zaqatala ərazisində 4.3 maqnituda gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:29-da qeydə alınıb.

Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

PAYLAŞMAQ: