Ağdamda aztəminatlı ailələrə Qurban payları verilib

Ağdamda aztəminatlı ailələrə Qurban payları verilib

Avqust 13, 2019

Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının rəmzi olan Qurban bayramı ilə əlaqədar Ağdam rayonunda xeyriyyə tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qurbanlıq üçün seçilmiş iri və xırda buynuzlu heyvanlar xüsusi baytar həkim briqadası tərəfindən müayinədən keçirilərək, şəriət qaydalarına uyğun kəsilib. 2500-dən çox ailəyə – Qarabağ müharibəsi əlillərinə, şəhid, aztəminatlı ailələrə qurban payları göndərilib.

Sakinlər göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər.

PAYLAŞMAQ: