Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır

Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır

14.08.2019

0:14

Suriyanın şimalında yaradılacaq təhlükəsiz zonaya nəzarət üçün ABŞ və Türkiyə ortaq mərkəz yaradır.

APA-nın Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ABŞ-dan gələn 6 nəfərlik nümayəndə heyətinin də cəlb olunduğu Şanlıurfada yaradılacaq Müştərək Hərəkat Mərkəzinin infrastrukturunun qurulmasına başlanıb və Mərkəzin tez zamanda fəaliyyətə başlaması üçün işlər tam sürətlə davam edir.

Xatırladaq ki, 5-7 avqustda Türkiyə və ABŞ-dan olan hərbçilər Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçiriblər. Keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması barədə razılıq əldə olunub.

Zümrüd Paşkin

PAYLAŞMAQ: