“Azərişığ”ın 1.5 milyonluq tenderi ilə bağlı QALMAQAL – “Xımır-xımır büdcəni gəmirirlər…”

“Azərişığ”ın 1.5 milyonluq tenderi ilə bağlı QALMAQAL – “Xımır-xımır büdcəni gəmirirlər…”

14.08.2019

0:58

“”Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün güya, tender elan edib. Nə hikmətdirsə, tenderi cəmi 6 ay əvvəl yaradılmış “Tikinti Təmir RR” şirkəti udub və artıq 1. 549. 307 manatlıq müqavilə imzalanıb”.
Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Bu şirkətin nə təcrübəsi var, nə əlavə müqavilələri, nizamnamə kapitalı da cəmi 10 manatdır, – deyə o əlavə edib. – Qanun deyir ki, tenderi udmaq üçün şirkətlərin azı 3 illik təcrübəsi, audit hesabat olmalıdı, amma deyəsən bu şirkətin yeganə uğuru məmur qohum-əqrabası olmasıdır, yəni adamlar doğuşdan şanslıdırlar.
Deyəcəksiz ki, 1 milyon 550 min manat nə puldu ki, ölkədə milyardlar yeyilir – haqlı ola bilərsiz, amma büdcə pulunu, dövlət şirkətlərinin pulunu məhz belə, xımır-xımır gəmirirlər, əvəzində dövlətçilikdən-zaddan danışırlar”.

PAYLAŞMAQ: