Sabirabadda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Sabirabadda yol qəzasında 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Avqust 15, 2019

Sabirabadda ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonunun Nərimankənd kəndi ərazisində qeydə alınıb. “QAZ 24” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan şəhər və Sabirabad rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırılma aparılır.

PAYLAŞMAQ: