Leonardo Di Kaprio hansı roluna görə utandığını açıqlayıb

Leonardo Di Kaprio hansı roluna görə utandığını açıqlayıb

15.08.2019

10:11

Amerika aktyoru Leonardo Di Kaprio hansı roluna görə utandığını açıqlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.

Di Kaprionun sözlərinə görə, Tobi Maquayr kimi, o da tamaşaçıların “Dons Plam” kafesi” filminə baxmalarını istəməzdi. O, Tobi Maquayr ilə bu filmdə karyerasının əvvəlində çəkilib. Di Kaprio təcrübəsiz olduğuna görə rolunu pis oynayıb.

Aktyor deyib: “Mən bu rol üzərində cəmi bir gecə işləmişəm. Başa düşürsünüzmü, mən kömək etmək istəyirdim”.

PAYLAŞMAQ: