“Qalatasaray” “Roma”nın futbolçusunu icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb

“Qalatasaray” “Roma”nın futbolçusunu icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb

15.08.2019

10:18

İstanbulun “Qalatasaray” futbol klubu heyətinə daha bir yeni futbolçu cəlb etmək istəyir.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Roma” komandasının yarımmüdafiəçisi Steven Nzonzini icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, 2018-ci ildən “Roma”da oynayan fransalı futbolçu keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.

PAYLAŞMAQ: