Filippində timsah 10 yaşlı uşağı yeyib

Filippində timsah 10 yaşlı uşağı yeyib

15.08.2019

10:29

Filippinin Palavan əyalətində timsah 10 yaşlı uşağı yeyib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, həmin uşaq qayıqda öz qardaşları və bacısı ilə gedərkən timsah onlara hücum edib və uşağı aparıb.

Hadisə nəticəsində qayıqda olan digər uşaqlar xəsarət almayıb. Kənd sakinləri uşağın axtarışlarına çıxsa da bir nəticəsi olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

PAYLAŞMAQ: