Sabiq məmur vəfat etdi

Sabiq məmur vəfat etdi

Avqust 16, 2019

Bakı şəhər icra hakimiyyəti başçısının sabiq müavini Xalid Muxtarlı vəfat edib.

qafqazinfo-ya istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra ötən gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Xalid Xancan oğlu Muxtarlı vaxtı ilə Səbail rayon icra hakimiyyəti başçısının I müavini vəzifəsində də çalışıb. Bundan başqa o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində Laboratoriya müdiri vəzifəsini də icra edib.

PAYLAŞMAQ: