Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi

Noyabr 8, 2018

Milli.Az xəbər verir ki, bu barədə Əməkdar artist Hüsniyyə Mürvətova məlumat yayıb. O, sosial şəbəkə hesabından bunları yazıb:

“Bu səhərimiz çox ağır xəbərlə açıldı. Amaliya xanım… Əlim gəlmir yazmağa”.

Qeyd edək ki, əməkdar artist profilinə də xalq artistinin fotosunu əlavə edib.

Amaliya Pənahova 1945-ci ildə anadan olub. O, Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi olub.

Təhməz Təkin
Milli.Az

PAYLAŞMAQ: