Şamaxı Rəsədxanası ilə Rusiyanın Astronomiya İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

Noyabr 14, 2018

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, dosent Canməmməd Rüstəmov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda elmi ezamiyyətdə olub.

Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, şöbə müdiri, dosent Canməmməd Rüstəmov keçirdiyi görüşlərdə Azərbaycanda buraxılması nəzərdə tutulan nanopeyklər, P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda fəaliyyət göstərən MASTER proqramına qoşulmaq imkanları və Volf-Raye tipli ulduzların tədqiqi ilə bağlı müzakirələr aparıb.

Canməmməd Rüstəmov, həmçinin Astronomiya İnstitutunun görkəmli alimləri М.Proxorov, М.Lipunov, О.Silçenko, A.Çerepaşuk ilə görüşlər keçirib, onlarla əməkdaşlıq məsələlərini müzakirə edib.

PAYLAŞMAQ: