Afinada kütləvi iğtişaşlara qoşulan xarici ölkə vətəndaşları saxlanılıb

Afinada kütləvi iğtişaşlara qoşulan xarici ölkə vətəndaşları saxlanılıb

Noyabr 19, 2018

Yunanıstan polisi noyabrın 17-də keçirilən kütləvi iğtişaşlarda iştirak etdiklərinə görə 20 nəfəri, o cümlədən dörd xarici ölkə vətəndaşını həbs edib. Saxlanılanlar arasında Fələstin və Rumıniya vətəndaşları da var.

Qeyd edək ki, noyabrın 17-də Afina Politexnik İnstitutunu ərazisində anarxistlər tullantıları yandırıb, oturacaqları qırıb, polisə daş və “Molotov” kokteylləri atıblar. Buna cavab olaraq polis iğtişaşçılara qarşı səs qumbarasından və gözyaşardıcı qazdan istifadə edib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

PAYLAŞMAQ: