Kuba ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib

29.11.2018

18:10

Kuba Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF) iştirak etməkdə hər zaman maraqlıdır. Bu sözləri Kubanın ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüş zamanı söyləyib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Fuad Nağıyev gələn ilin mayında Havanada turizmlə bağlı keçiriləcək tədbirə dəvət alıb.

Görüşdə iki ölkə arasında dost münasibətlərin vacibliyi vurğulanıb, turizm sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edilib. Həmçinin turizm sahəsində görüləcək işlər və əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

PAYLAŞMAQ: