Baş Prokurorluq niyə cavab vermir, Z. Qaralov Prezidentin Fərmanına nədən sayğısızlıq göstərir?

Baş Prokurorluq niyə cavab vermir, Z. Qaralov Prezidentin Fərmanına nədən sayğısızlıq göstərir?

Mart 6, 2019

Bir qəzet redaktoru, jurnalist olmaqdan başqa vətəndaş kimi indiyədək Baş Prokuror Zakir Qaralova 50-dən artıq ərizə və məktubla, qəzet vasitəsiylə müraciət edərək  baş verən cinayət faktlarının araşdırılmasını, Bakı Şəhər Prokurorluğuna, Səbail Rayon Prokurorluğuna olunan müraciətlərin indiyədək araşdırılmaması və məni məlumatlandırılmamasının səbəbləri barədə Baş Prokurorluqdan indiyədək cavab ala bilmirəm. Z.Qaralov nə üçün ölkə rəhbərinin müvafiq Fərman və sərəncamlarına hörmət və sayğı ilə yanaşmır? Baş Prokurorluq nə üçün vətəndaşların müraciətinə, haqlı narazılığına deyil, ayrı-ayrı mafioz dəstələrin sifarişinə əməl edir? Biz bu ölkənin vətəndaşı deyilik, yoxsa Vidadi İsgəndərli kimi söyüş vermirik?

Əslində bu sualların cavabını Zakir Qaralov mənə qarşı ədalətsiz, qərəzli qərarları ilə cavab verib, ancaq ədalətsizcəsinə! Bu mənim mübarizəm bitməsi demək deyil. Əsl həqiqətləri isə sizinlə paylaşmaq vaxtı artıq çoxdan çatıb, əziz oxucular! Bizi izləyin!

PAYLAŞMAQ: