Lənkəranlı gənc müəllim bir neçə dəqiqəyə dünya ölkələrinin xəritələrini çəkir

Lənkəranlı gənc müəllim bir neçə dəqiqəyə dünya ölkələrinin xəritələrini çəkir

Mart 12, 2019

Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayan gənc müəllim Vüsal Cabbarov qeyri-adi bacarığa malikdir. O, dünya ölkələrinin xəritələrini bir neçə dəqiqəyə çəkməklə onların coğrafi mövqeyi barədə də məlumat verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca tarix müəllimi olan Vüsal Cabbarov ağac üzərində yandırma üsulu ilə maraqlı kompozisiyalar və portretlər də yaradır. Gənc müəllim bu əl işlərini ərsəyə gətirərkən heç bir rəngdən istifadə etmir.

Vüsal Cabbarov deyir ki, məktəbdə tarix fənnini tədris edərkən xəritələrə tez-tez müraciət edir. O, müasir dünya dövlətləri ilə yanaşı, tarixdə mövcud olmuş imperiyaların da xəritələrini çəkə bilir.

Onun əl işlərini almaq istəyənlər də olub. Lakin, gənc müəllim əsərləri üzərində müəlliflik hüququnu təsdiq etdirdikdən sonra bu barədə düşünəcəyini deyir.

Gənc müəllimin əl işləri dəfələrlə regional və respublika əhəmiyyətli sərgilərdə nümayiş olunaraq diplomlarla layiq görülüb.

PAYLAŞMAQ: