ABŞ və taliblər xarici qoşunların Əfqanıstandan çıxarılmasına dair razılığa gəlib

ABŞ və taliblər xarici qoşunların Əfqanıstandan çıxarılmasına dair razılığa gəlib

12.03.2019

23:39

ABŞ və “Taliban” hərəkatının danışıq qrupları xarici qoşunların Əfqanıstandan çıxarılmasına və terrorizmə qarşı mübarizəyə dair müqavilə layihəsi hazırlayıblar.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, layihə martın 12-də, Qətərdə keçirilən danışıqların beşinci raundunun sonuncu günü razılaşdırılıb.

Sənəddə taliblərin terror qruplaşmaları, o cümlədən “Əl-Qaidə” ilə əlaqələrin kəsilməsinə, hətta bu qruplaşmalara qarşı mübarizəyə hazır olduqları əksini tapıb. ABŞ tərəfi də öz növbəsində qoşunlarını Əfqanıstandan çıxarmağa hazır olduğunu ifadə edib.

PAYLAŞMAQ: