Azərbaycan İlahiyyat İnstitutunun “DOST xonçası” 83 yaşlı Validə Mahmudovaya təqdim olunub

Azərbaycan İlahiyyat İnstitutunun “DOST xonçası” 83 yaşlı Validə Mahmudovaya təqdim olunub

Mart 15, 2019

Azərbaycan İlahiyyat İnstitutu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Binəqədi rayonunda tənha yaşayan 83 yaşlı Validə Mahmudovanın qonağı olub, kollektiv adından yaşlı qadının bayramını təbrik ediblər.

Xatırladaq ki, bu xeyirxah aksiyada məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən adət-ənənəmizi qoruyub saxlamaqdır.

PAYLAŞMAQ: