İspaniya La Liqası: “Barselona” böyük hesabla “Real Betis”ə qalib gəlib

İspaniya La Liqası: “Barselona” böyük hesabla “Real Betis”ə qalib gəlib

Mart 18, 2019

Martın 17-də İspaniya La Liqasında 28-ci turun mərkəzi oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu “Benito Villamarin” stadionunda baş tutub. Turnir cədvəlinin hazırkı lideri “Barselona” səfərdə “Real Betis” komandasının qonağı olub. Görüş kataloniyalıların 1:4 hesablı qələbəsi ilə başa çatıb. “Barselona”ın heyətində Lionel Messi (18, 45, 85) het-triklə yadda qalıb digər bir qolu Luis Suares (63) vurub.

Meydan sahiblərinin təsəlli qoluna isə 82-ci dəqiqədə Loren Moron imza atıb.

Bu qələbə sayəsində “Barselona” turnir cədvəlində 66 xalla liderliyini davam edir, “Real Betis” isə 39 xalla 8-ci yerdə qərarlaşıb.

İyirmi səkkizinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Real Sosyedad”-“Levante” – 1:1;

“Hueska”-“Deportivo Alaves” – 1:3;

“Real Madrid”-“Selta Viqo” – 2:0;

“Atletik Bilbao”-“Atletiko Madrid” – 2:0;

“Leganes”-“Girona” – 0:2;

“Eybar”-“Real Valladolid” – 1:2;

“Espanyol”-“Sevilya” – 0:1;

“Valensiya”-“Getafe” – 0:0;

“Villareal”-“Rayo Vallekano” – 3:1.

PAYLAŞMAQ: